Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

15:50 - 10 Oktyabr 2022

Oktyabrın 4-dən 9-dək Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.

Sportal.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışda Elgiz Məmmədov (88 kq) A kateqoriyasında ikinci yeri tutub.

 

1/4 finalda Aytac Dəmirə “tuş”la qalib gələn həmyerlimiz yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.

Xəbər xətti