Dünya çempionatı: İki güləşçimiz 1/4 finalda

16:22 - 18 Oktyabr 2022

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub. 

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. Məmmədli 1/8 finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoyla qarşılaşacaq.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdi ilə üz-üzə gələcək.

Xəbər xətti