Qurban Qurbanov dünya çempionu oldu

21:50 - 19 Oktyabr 2022

İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün yunan-Roma güləşində 72 kq. çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Qurban Qurbanov final görüşünə çıxıb.

 

Güləşçimiz həlledici qarşılaşmada xorvatiyalı Pavel Puklavetslə üz-üzə gəlib. Rəqibini 8:2 hesabı ilə məğlub edən Qurban Qurbanov dümya çempionatında qızıl medal qazanıb.

Xəbər xətti