"Neftçi" "Sabah"la matça hazırlaşır

20:14 - 20 Oktyabr 2022

“Neftçi” Premyer Liqanın 11-ci turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “Kəpəz”lə matçın ertəsi günü istirahət edən “ağ-qaralar” oktyabrın 18-də hazırlığa başlayıb. Bu gün baş tutan məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

 

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 23-ü saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər xətti