Emin Mahmudov: "Çempionlar Liqasında "Barselona"ya qarşı çılğın oyun keçirmişdik"

15:59 - 31 Oktyabr 2022

"Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyanın "Sports.ru" saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Spartak"da çıxış etdiyi zaman Çempionlar Liqasında "Barselona"ya qarşı keçirdikləri matç (2:3) haqda danışıb:

 

"Karyeramda xoş anlarım olub. "Spartak"la Çempionlar Liqasında "Barselona"ya qarşı çılğın oyun keçirmişdik. 70-ci dəqiqəyə qədər 2:1 hesabıyla öndə idik. Sonra Messi dubl etdi və uduzduq. Oyundan əvvəl baş məşqçimiz Unay Emeri nəzarətin bizdə olacağını demişdi. Açığı, görüşdən əvvəl bunun necə olacağını düşünürdüm. Həmin oyunda Romulo gözəl qol vurmuşdu.

İsinmə hərəkətləri zamanı "Barselona"nın paltardəyişmə otağından çıxdığını gördüm. Mən isə "Real" azarkeşi idim. Zarafatla Kriştiano Ronaldo kimi dayandım və topa zərbə endirdim. Top həyatımda heç vaxt görmədiyim kimi uçdu. Xavi bunu gördü və mənə əli ilə "əla" işarəsi göstərdi".

 

Qeyd edək ki, Çempionlar Liqasının 2012/2013 mövsümündə baş tutan qarşılaşmada Emin Mahmudov ehtiyat oyunçular skamyasında əyləşib.

Xəbər xətti