Laurentsiu Regekampf "Neftçi"nin baş məşqçisi postudan ayrıla bilər.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssisin adı ölkəsinin "Styaua" klubu ilə hallanır. Bu barədə "Prosport.ro" saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Buxarest klubu "ağ-qaralar"a 47 yaşlı mütəxəssisin müqaviləsində nəzərdə tutulan 350 min avro məbləğində təzminat ödəməlidir. Tərəflərin təzminat məsələsində ortaq məxrəcə gələ biləcəyi qeyd olunub.
Qeyd edək ki, Laurentsiu Regekampf mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi postuna təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasında 12 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi