"Neftçi" "İnter" və "Başakşehir"lə eyni qrupda

15:58 - 3 Noyabr 2022

“Neftçi”nin U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə noyabrın 16-da İstanbul şəhərində keçiriləcək Can Bartu beynəlxalq turnirində iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri B qrupunda İtaliyanın “İnter” (Milan), Türkiyənin “Başakşehir” və “Altay” klubları ilə mübarizə aparacaq.

 

“Yuventus”, “Atletiko”, “Vilyarreal”, ÇSKA (Sofiya), “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” kimi klubların da qatılacağı Can Bartu turnirində 5 ölkədən 16 komanda 4 qrupda yarışacaq.

Xəbər xətti