"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı Rumıniyanın "Styaua" klubu ilə hallanır.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis məsələ ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. Rumıniyalı çalışdırıcı bu mövzuda müzakirə aparmaq istəmədiyini deyib:
“Deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan komandadır. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm”.
Qeyd edək ki, Laurentsiu Regekampf mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi postuna təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasında 12 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi