"Neftçi" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu qarşılaşmaya itkilərlə çıxacaq. Bu barədə klubun həkimi Şaiq Zöhrablı məlumat verib.
Eddi İsrafilovla Azər Əliyev zədələrini sağaltsa da, komanda ilə hazırlıqlara qoşulmayıblar. Hər iki futbolçu fərdi məşq edir. Fərid Yusiflinin isə müalicəsi davam edir.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması bu gün saat 19:00-da "Kapital Bank Arena"da baş tutacaq.