“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Gürcüstan yığması komandası toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 46 oyun keçirib.