"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə zamanı komandanın hazırlığını dəyərləndirib:
"Çalışırıq ki, əlimizdə olan materialdan maksimum yararlanaq. Futbolçularımızın yarısı milli komandaların düşərgəsindədir, bəziləri isə zədəlidir. İnanırıq ki, zədəli oyunçular tezliklə komanda ilə məşqlərə qoşulacaqlar.
Eddi İsrafilov özünü yaxşı hiss edir. Düzdür, bir az ağrıları var. Amma əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak edə bilsin. Sabah öz aramızda hazırlıq oyunu olacaq. Çalışacağıq ki, ona da şans verək.
Bizim yaxşı perspektivli gənc oyunçularımız var. Ümid edirik ki, onlar zədələrdən uzaq olacaq. Davamlı şəkildə əsas komanda ilə birlikdə məşq edəcəklər. Hər şey futbolçunun performansından asılıdır. Ehtiyacımız olanda gənclərə şans verəcəyik.
"Səbail"lə matçın hazırlığının çox da yaxşı getdiyini deməzdim. Çünki, Stankoviç, Mbodj zədəlidir, Azər Əliyevlə Eddi İsrafilovun durumu hələ istidiyimiz səviyyədə deyil. Milli komandaların heyətində olan oyunçularımız da var. Necə olacağını bilmək üçün həftəsonunu gözləməliyik".
saytlarin hazirlanmasi