“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün növbəti məşqə çıxıblar. Hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan “ağ-qaralar” daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu noyabrın 27-si saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi