"Neftçi" nigeriyalı yarımmüdafiəçi Peter Olukanı baxışa dəvət olunması ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi məlumatı təkzib edib. Bu barədə "ağ-qaralar"ın televiziyasında məlumat verilib.
Qeyd edilib ki, "Neftçi" baxışa heç bir futbolçunu dəvət etməyib. Peter Oluka Bakı klubunun yarımmüdafiəçisi Yusuf Lavalın qohumudur. O, Bakıya babası ilə birlikdə Yusufu görməyə gəlib.
Qeyd edək ki, "sports247" nəşri "Neftçi"nin Peter Olukanı baxışa dəvət etməsi ilə bağlı xəbər yaymışdı.
saytlarin hazirlanmasi