"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Zirə"nin qonağıdır.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşdə ciddi itki ilə üzləşib. Yarımmüdafiəçi Eddi İsrafilov İlkin Muradovla ikili mübarizədə sıradan çıxıb.
30 yaşlı futbolçu matçı davam etdirə bilməyib və İsmayıl Zülfüqarlı ilə əvəzlənib.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən "Zirə" - "Neftçi" matçında meydan sahiblərinin 1:0 hesablı üstünlüyü var.
saytlarin hazirlanmasi