Eddi İsrafilovun durumu açıqlandı

17:19 - 10 Dekabr 2022

Azərbaycan Kubokunun 1/4 final mərhələsində Zirə” – “Neftçi” (1:0) matçda zədələnən Eddi İsrafiloun durumuna aydınlıq gəlib.

Sportal.az "ağ-qaralar"In rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin zədəsi ciddi deyil. Komandanın baş həkimi Şaiq Zöhrablı bununla bağlı bildirib:

“Eddi İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmayıb. Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Yəni futbolçunun səhhətində ciddi problem yoxdur”.

Xəbər xətti