AFFA İntizam Komitəsi "Neftçi" klubunun U-13 komandasının məşqçisi Alim Qurbanovu 3 oyunluq cəzalandırıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin EFA ilə oyunda etdiyi hərəkətlər səbəb olub.
Qurbanov oyunun 30-cu dəqiqəsində meydana daxil olaraq matçın rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.
Komanda növbəti iki qarşılaşmasını azarkeşsiz keçirəcək. "Neftçi" fanatları görüş bitəndən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədiblər.
saytlarin hazirlanmasi