"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı "Universitatya Krayova" klubu ilə hallanır.
Sportal.az xəbər verir ki, məsələ ilə bağlı Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi və İdarə Heyətinin üzvü Mixail Rotaru açıqlama verib. Klub rəsmisi Regekampfın "Neftçi" ilə müqaviləsi olduğu üçün bu mövzuda danışmaq istəmədiyini bildirib:
“Müqaviləsi olan məşqçilərlə bağlı (Regekampf variantı) danışa bilmərəm. Hədəfimizdə 3 mütəxəssis var və hər birinin klubu ilə sözləşmələri var. Onları müzakirə edə bilmərəm”.
saytlarin hazirlanmasi