"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

18:07 - 19 Dekabr 2022

"Neftçi" futbolçusu Mamadu Mbocla vidalaşıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.

Xəbər xətti