"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Kəpəz"lə 2:2 hesablı heç-heçə edərək yarımfinala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov açıqlama verib:
"Azarkeşlərə təşəkkür edirəm. Bu gün yarımfinal həyəcanı yaşamaq istəyirdilər. Şadam ki, onlara bu sevinici yaşada biləcəyik. Futbolçularımı təbrik edirəm. Çətin oyun idi. Rəqib də son oyunlarda yaxşı formada idi. Kubok çempionat oyunlarından fərqlənir. İlk dəqiqlələrdə qol vursaq da, rəqib üstünlüyü ələ aldı, qollar vurdu. İkinci hissədə demək olar ki, orta sahədə taktiki savaş gedirdi. Ciddi də epizod vermədik rəqibə. Qarşıdan gələn "Qəbələ" oyununa hazırlaşacağıq. Durumumuz yaxşı deyil. Zədəlilərimizin sayı çoxaldı. Yorğunluq da var idi. Amma yenə də sevinirəm ki, Faiq Hacıyevə şans verdik və o, bundan yaxşı istifadə edir. Gənc futbolçular var, onlara da şans düşəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi