"Neftçi" xorvatiyalıya müqavilə təklif edəcək

21:57 - 21 Dekabr 2022

"Neftçi"nin qapıçısı İvan Brkiçin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralatr" 27 yaşlı "əlcək sahibi"ni komandada saxlamaq istəyir. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Paytaxt təmsilçisi xorvatiyalı qolkiperə yeni sözləşmə təklif edəcək.

 

Qeyd edək ki, İvan Brkiç bu ilin yanvar ayından "Neftçi"də çıxış edir. Təcrübəli qapıçı cari mövsümdə Bakı klubunun heyətində 15 matçda meydana çıxıb. O, 5 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti