"Neftçi" 150 min avro istədi, keçid baş tutmadı

20:23 - 28 Dekabr 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Universitatya Krayova”ya keçməməsinin səbəbi məlum olub.

 

Sportal.az xəbər verir ki, Rumıniya klubunun rəhbərliyi "ağ-qaralar"ın təzminat tələbi ilə razılaşmayıb. Bu barədə "Playtech.ro" nəşri məlumat yayıb.

 

47 yaşlı mütəxəssisin müqaviləsi davam etdiyindən, "Neftçi" qarşı tərəfdən 150 min avro təzminat istəyib. Rumıniya klubu isə tələb edilən məbləği ödəmək istəməyib.

 

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Xəbər xətti