"Neftçi"nin braziliyalısı Kipr klubuna keçir

11:18 - 30 Dekabr 2022

Gilyerme Pato qış fasiləsi zamanı "Neftçi"ni tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin karyerasını Kiprdə davam etdirmək ehtimalı var. Bu barədə "sportime.sigmalive.com" saytı məlumat yayıb. "Neftçi" 21 yaşlı futbolçunu bu ölkənin klublarında birinə icarəyə verə bilər.

 

Qeyd edək ki, "Neftçi" Gilyerme Patonu yanvarda Braziliyanın "İnternasyonal" klubundan transfer edib. Gənc vinger "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti