Meza Kolli: "İnanmasaydım, indi burada olmazdım"

12:58 - 6 Yanvar 2023

"Neftçi"nin uzun müddətdir zədəli olan futbolçusu Sezar Meza Kolli artıq komandaya qoşulub.

 

Sportal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"ın Antalya toplanışına qatılaraq məşqlərdə iştirak edir. Klub televiziyasına açıqlama verən 31 yaşlı futbolçu özünü yaxşı hiss etdiyini deyib:

 

“Çətin aylar keçirdim. Artıq bunlar geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm. Komanda ilə birgə olduğuma görə xoşbəxtəm. "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm. Demək olar ki, komandanın bütün oyunlarını izləyirdim. Düzdür, kənardan izləmək bir az çətin idi. Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım. Yenidən özümü göstərmək üçün hər şey edəcəyəm.".

Xəbər xətti