"Turan Tovuz" Rumıniya klubuna məğlub oldu

17:58 - 9 Yanvar 2023

Türkinin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb. Matç "Turan Tovuz"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qərb bölgəsi təmsilçisinin heyətində yeni transfer Denis Marandiç və Ayxan Hüseynov fərqlənib.

 

Xatırladaq ki, "Turan Tovuz" yanvarın 13-də İsveçrənin "Aarau", 17-də isə Polşanın "Qurnik" klubu ilə üüz-üzə gələcək.

Xəbər xətti