"Neftçi" Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Polşanın "Miedz" komandası ilə qarşılaşıb. Matç "ağ-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin heyətində Ağadadaş Salyanski fərqlənib.
"Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan təmsilçisi “Vaşaş” ilə 1:1 hesablı heç-heçə edib. Bakılılar son sınaq matçında yanvarın 19-da "Srvena Zvezda" ilə üz-üzə gələcək.