"Turan Tovuz" son oyunda qələbə qazandı

18:33 - 17 Yanvar 2023

"Turan Tovuz" Antalya toplanışı çərçivəsində sonunsu hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Matç Tovuz təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. "Turan Tovuz"un heyətində Ayxan Hüseynov və Denis Marandiç fərqlənib.

 

Qərb təmsilçisi bundan əvvəl Rumıniyanın "Petrolul" (2:3) və İsveçrənin "Arau" (1:0) klubları ilə oynayıb.

Xəbər xətti