“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” bu gün son məşqə çıxıb. Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də sabah keçiriləcək “Srvena Zvezda” ilə yoxlama oyununa hazırlıq başa çatıb.
Bakı vaxtı ilə saat 18:00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.
“Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

"Neftçi" "Srvena Zvezda" ilə matçın hazırlığını tamamladı
l
Oxşar xəbərlər
Neftçi
"Neftçi" Latviya klubuna məğlub oldu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi
Neftçi
"Neftçi" bu cür davam etsə, 100 faiz çempion olacaq" - "ağ-qaralar"ın keçmiş futbolçusu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar
Neftçi
"Neftçi"dən veteran futbolçulara təbrik
Neftçi
"Neftçi"yə lazım olmayan hücumçu özünə Avropada komanda tapdı - FOTOLAR
Neftçi
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
Neftçi
