"Neftçi"nin dünən heyətinə qatdığı Kilan Lebon sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, fransalı vinger azarkeşlərə təşəkkürünü bildirib:
"Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir. Azarkeşlərə təşəkkür edirəm. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var".
Qeyd edək ki, "Neftçi" Kilan Lebonla 1,5+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi