Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi Miloş Miloyeviç Antalya toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis "ağ-qaralar"la görüşdə az oynayan oyunçulara şans verdiyini deyib:
"Oyunu qazanmaq gözəldir. 60 dəqiqə meydanda qalan futbolçular yaxşı işlədilər. Asan olmadı. Ehtiyacımız olan mentaliteti və intensivliyi göstərdik. Çoxlu şanslarımız oldu. Az şans qazanan futbolçular da oynadı. Onlar bu komanda üçün oynamaqdan həzz almaq imkanı əldə etdilər".
saytlarin hazirlanmasi