"Neftçi" futbolçusu Qodsvey Donyonu Kiprin "Apollon" (Limassol) komandasına satıb.
Sportal.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqlar uğurla başa çatdırılıb. 28 yaşlı forvard Kipr klubu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.
saytlarin hazirlanmasi