"Neftçi"nin yeni transferi Mateus Saldanya "ağ-qaralar"a keçidi haqda yazıb.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu instaqram hesabında paylaşım edib. 23 yaşlı forvard xoşbəxt və motivasiyalı olduğunu deyib:
"Yeni çağırış üçün xoşbəxt və motivasiyalıyam. Hər şey Tanrının əlindədir".
Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürüb.
saytlarin hazirlanmasi