Portuqaliya klubu "Neftçi"nin futbolçusunun transferini açıqladı

17:28 - 28 Yanvar 2023

"Neftçi"nin futbolçusu Yusuf Lavalın "Arouka" klubuna keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisi 24 yaşlı vingerin transferini video ilə açıqlayıb. Nigeriyalı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, "Neftçi" Lusuf Lavalı 2020-ci ilin yayında Belçikanın "Lokeren" klubundan transfer etmişdi. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 24 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti