"Neftçi"dən ayrılan futbolçu: "Tezliklə yenidən görüşəcəyik"

18:51 - 28 Yanvar 2023

"Neftçi"dən Portuqaliyanın "Arouka" klubuna transfer olunan Yusuf Laval "ağ-qaralar"la vidalaşıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı vinger instaqram hesabında paylaşım edib. Nigeriyalı futbolçu azarkeşlərə təşəkkürünü bildirib:

 

"Təşəkkürlər, "Neftçi" ailəsi! 30 ay ərzində məni sevgi ilə qarşıladıqları üçün Bakı şəhərinə və bütün azarkeşlərə dərin təşəkkürümü bildirirəm. Klub prezidenti Kamran Quliyevə böyük hörmətim var. Baş məşqçi Laurentsiu Regekampf və onun bütün heyətinə təşəkkür edirəm. Xüsusilə də, idman direktoru Zaur Əzizov və menecer Qədir Həsənov. Nəhayət, mənimlə işlədiyiniz və  böyüməyimə kömək etdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, tezliklə yenidən görüşəcəyik. Çünki futbol qlobal ailə işidir. Hamınıza təşəkkür edirəm, Allah sizdən razı olsun".

Xəbər xətti