"Neftçi"nin Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürdüyü Mateus Saldanya "ağ-qaralar"ın heyətində debüt edib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 20-ci turunun "Zirə" ilə matçına (1:0) start heyətdə başlayıb. 23 yaşlı forvard oyundan sonra instaqram hesabında paylaşım edib:
“Neftçi”nin formasını ilk dəfə geyindiyim üçün xoşbəxtəm. Hər oyun inkişaf edəcəyimizə inanıram”.
saytlarin hazirlanmasi