AFFA "Neftçi"nin şikayətini təmin etmədi

18:29 - 2 Fevral 2023

Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun şikayətini təmin etməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:

 

1. “Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 15.12.2022-ci il tarixdə I Divizionda çıxış edən “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 (beş) oyunluq kənarlaşdırma cəzası və komanda barəsində verdiyi 400 manat cərimə cəzası qüvvədə qalsın.

Xəbər xətti