I Divizionun XVI turunda fevralın 8-də keçirilmiş “Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində "ağ-qaralar"In dili qatlanmış futbolçusu Həbib İsmayılovun durumuna aydınlıq gəlib.
Sportal.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, klubun sağlamlıq sponsoru olan olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi-2”nin həkimi Famil Şıxəliyev açıqlamasında bildirib: “Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur, boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat “Liv Bona Dea Hospital”da həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.