"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında tovuzluların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Önəmli oyun idi. Mövsümün maraqlı anlarından biri də qərb derbisidir. Azarkeşlərə təşəkkür edirəm. Çətin və stressli matç idi. Səbr etmək lazım idi. Yolumuza davam etməliyik. Bu qələbə çox vacib idi. Rəqiblərlə fərqli artıra bildik. Mübarizələrinə görə futbolçulara təşəkkür edirəm.
- Bu gün "Huner Group"la sponsorluq müqaviləsi imzalandı. Bu haqda fikirləriniz necədir?
- Futbolumuz üçün ömənli addımdır. Sponsorsuz çox çətindir. İnanıram ki, bu tərəfdaşlıq "Turan Tovuz" üçün xeyiirli olacaq. Qısa söhbətimiz olub. Əsas sevindirici məqam odur ki, Ehtiram müəllim futbolun inkişafını fikirləşir. Məncə "Turan Tovuz" bu anlaşmadan qazanacaq.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Bir məqsəd qoyulmayıb. Belə deyəndə səhv başa düşülür. Məqsədsiz heç nə olmur. Amnma reral durumu nəzərdə almaq lazımdır. Gələcək üçün planlarımız var. Klub olaraq böyümək, inkişaf etmək istəyirik. Ehtiram müəllim yalnız nəticəni düşünmür. Premyer Liqada böyük klublar var. Onlarla mübarizə aparmaq üçün vaxt lazımdır.
- Komandanız aqressiv oynayırdı. Bunun səbəbi nədir?
- Biz bütün matçlarda aqressiv oynamışıq. Evdəki oyunlarda azarkeşlərin sayəsində futbolçular tonusda qalır. Bu gün oyunçular çox motivasiyalı idilər. Belə matçlarda səhv etmək olmaz. Səhvsiz oynadıq.
- Ehtiram Quliyev matçdan sonra paltardəyişmə otağına getdi. Qələbəyə görə mükafat məbləği artdı?
- Ehtiram müəllim matçmdan əvvəl də yanımıza gəlmişdi, motivasiya vermişdi. Oyundan sonmra da gəlişini hiss etdirdi.
- 70-75-ci dəqiqələrə kimi ön xətt oyunçularını əvəzləmədiniz. Bu, nə ilə bağlı idi?
- Həmin dəqiqələr önəmli idi. Qol buraxsaydıq son dəqiqlələr çox steressli keçə bilərdi. Buna görə riskə getmədik. Runinin sarı vərəqəsi olduğuna görə sonda onu əvəzlədim. İstəyirəm ki, futbolçularım 90 dəqiqə oynayıb tempi hiss etydinlər.
Elçin Əlixan
saytlarin hazirlanmasi