"Neftçi"nin futbolçusu Gilyerme Pato karyerasını Braziliyada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi C Seriyasında mübarizə aparan "Fiqueysense"yə keçəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, "Neftçi" Patonu ötən ilin yanvar ayında "İnternasyonal"dan transfer edib. Gənc vinger cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi