"Neftçi"nin braziliyalısı: "Azərbaycanı yaxından tanımaqdan zövq aldım"

12:33 - 17 Fevral 2023

"Neftçi"nin Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürdüyü Mateus Saldanya ölkəsinin mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 23 yaşlı braziliyalı hücumçu Azərbaycan haqda danışıb. O, ölkəmizin zəngin adətlərinin olduğunu deyib:

"Mənim üçün yeni təcrübədir. Azərbaycanın özünəxas mədəniyyəti var. Adət-ənənələrlə zəngin ölkədir. Bu ölkəni daha yaxından tanımaqdan zövq aldım.

 

Hələ tam uyğunlaşmamışam. Buna baxmayaraq, əlimdən gələni edirəm. İlk qolumu vurdum və bu, üzərimdəki təzyiqi azaltdı. Oyunumu daha da yaxşılaşdırmaq istəyirəm".

Xəbər xətti