"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin gücü bəllidir. Çempionatımızda ən güclü komandalardan biridir. Bilirik ki, hətta “Qarabağ”la çempionluq mübarizəsi aparırlar. Biz hər oyuna necə hazırlaşırdıqsa, bu oyuna da elə hazırlaşmışdıq. Çünki, xallarımızı artırmaq istəyirik. Çempionat günü-gündən gərginləşir. Xal fərqini artıraraq daha rahat olmaq istəyirik. Bu gün futbolçularımdan meydanda inamlı olmaqlarını istəmişdim. Bizə belə inamlı olmaq vacibdir. İnkişaf etmək istəyiriksə, mübarizəni davam etdirməliyik. Mühüm üç xal idi. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən də möhtəşəm idilər. Səfərdə oynasaq da, bizi tək buraxmadılar. Çempionat davam edir. Gələn oyunlara hazırlaşacağıq.
- “Huner Group” sponsor olandan sonra ancaq qalib gəlirsiz. Mükafatı artırıblar?
- Yox. Yəqin ki, bu da komandaya motivasiyadır. Onlar da koamndaya inam verirlər, futbolçular daha istəkli olurlar. Ümumən hər şey yaxşıdır.
- Mükafatlar əvvəlki kimidir?
- Fərq var.
Mirbağırağa
saytlarin hazirlanmasi