"Neftçi"nin yarımmüdafiəçisi Kenni Sayef Belçika mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı amerikalı futbolçu Azərbaycan çempionatı haqda danışıb, öz oyununu dəyərləndirib:
"Neftçi" Azərbaycanın böyük klubudur. Düzdür, yerli çempionat rəqabətli olsa da, çox tanınmır. Amma həyatda bəzən təəccüblü fürsətlər qarşınıza çıxır. Burada çox çalışıramğ. Son illərdə aldığım zədələrdən sonra karyeramda indi gözəl dövr keçirirəm.
Ümid edirəm ki, bir gün Belçikaya qayıdacam. İndi fevraldır və artıq 7 qol vurub, 8 məhsuldar ötürmə etmişəm. Hamıya sübut etmək istəyirəm ki, öz yoluma qayıtmışam".
Təəssüf ki, çempionat matçlarında stadionlara o qədər də çox fanat gəlmir. Bir oyunçu kimi əsl futbol atmosferi üçün darıxırsan. Avrokubok matçlarında azarkeşlər daha çox gəlir. "Qarabağ"ın oyunlarında da vəziyyət belədir".
Qeyd edək ki, Kenni Sayef mövsümün əvvəlində "Neftçi"yə keçib.
saytlarin hazirlanmasi