"Neftçi"nin və "İnter"in (hazırkı "Şamaxı") sabiq futbolçusu Giorgi Navalovski məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan veteran müdafiəçi "Saburtalo" klubunda çalışacaq. Bu barədə Gürcüstan təmsilçisinin saytı məlumat yayıb. 36 yaşlı sabiq futbolçu baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.
Qeyd edək ki, Giorgi Navalovski 2009/10 mövsümündə "İnter"in, 2016/17 mövsümündə "Neftçi"nin formasını geyinib.