"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu qarşılaşmaya ciddi tiki ilə çıxacaq. Tovuzluların kapitanı Şəhriyar Əliyev komandaya kömək edə bilməyəcək. "Zirə" ilə matçda mövsümdə 4-cü sarı vərəqəni alan 30 yaşlı müdafiəçi matçı kənardan izləyəcək.
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" görüşü 5 mart tarixində saat 19:30-da "Bakcell Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi