"Neftçi"dən ayrılan müdafiəçi bu klubla müqavilə imzaladı

13:30 - 27 Fevral 2023

Qış fasiləsində "Neftçi"nin yollarını ayırdığı Mamadu Mbodjun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. Təcrübəli mərkəz müdafiəçisi "Ordabaşı"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mbodj Premyer Liqa təmsilçisini ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. 29 yaşlı futbolçu "Ordabaşı"da 26 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Mamadu Mbodj 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək "Neftçi"də çıxış edib.

Xəbər xətti