Azərbaycan Premyer Liqasının 24-cü turunun "Qarabağ" - "Neftçi" matçında gərgin anlar yaşanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan derbisində Ağdam təmsilçisinin bərabərlik qolundan sonra "ağ-qaralar"ın azarkeşləri meydana pirotexniki vasitələr atıb.
"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili isə həmin vasitələri azarkeşlərə tərəf tullayib. Bundan sonra gərgin anlar baş verib, "Neftçi" azarkeşləri ilə polis arasında mübahisə yaranıb. Nəticədə fanatlar stadiondan kənarlaşdırılıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi