"Turan Tovuz"da "Neftçi" ilə matçdan öncə son durum

16:19 - 1 Mart 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin heyətində bir itki var. 24-cü turun "Zirə" ilə görüşündə sarı vərəqə alan Şəhriyar Əliyev cəzalı duruma düşüb. Kapitan Bakı səfərində komandaya kömək edə bilməyəcək.

 

Zədə səbəbindən bir müddətdir kollektivdən uzaq olan Ehtiram Şahverdiyev isə sağalıb. 26 yaşlı yarımmüdafiəçi komanda ilə məşq edir. Baş məşqçinin şans verəcəyi halda Şahverdiyev meydana çıxacaq.

 

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması 5 mart tarixində saat 19:30-da "Bakcell Arena"da baş tutacaq,

Xəbər xətti