“Neftçi” Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Qarabağ”la oyunun ertəsi günü istirahət edən “ağ-qaralar” martın 1-də hazırlığa başlayıb.
Bu gün baş tutan məşqdə zədəli Ataa Caber iştirak etməyib. Rəhman Hacıyev isə fərdi məşğul olub.
Martın 5-də saat 19:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletləri dünəndən satışdadır. Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.
saytlarin hazirlanmasi