Meza Kolli: "Komandaya fayda verməyə çalışıram"

16:28 - 6 Mart 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Turan Tovuz" 4:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın ilk qolunun müəllifi olan Sezar Meza Kolli matçdan sonra klub televiziyasına açıqlama verib. Paraqvaylı yarımmüdafiəçi zədədən sonra formasını bərpa etməyə çalışdığını deyib:

"Qələbə qazandığımıza görə sevinirəm. Qol vurduğum üçün də şadam. Komandaya fayda verməyə çalışıram. Uzun müddət sonra qol vurmaq sevindiricidir. Burada bütün komandanın əməyi var. Əsas olan qələbə qazanmaq idi. Yavaş-yavaş formamı bərpa etməyə çalışıram. Tam hazır olduğumu demək olmaz".

 

 

 

Xəbər xətti