“Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, “ağ-qaralar”ın yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.
“Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, Azərbaycanın U-21 yığmasının da üzvüdür.
saytlarin hazirlanmasi