"Turan Tovuz"un futbolçusu Xulu Siyanda Cənubi Afrika Respublikasının milli komandasına çağırılıb.
Sportal.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi üçün 35 nəfərlik ilkin heyətdə yer alıb. Baş məşqçi Huqo Bros yekun heyəti növbəti həftə açıqlayacaq.
Cənubi Afrika millisi martın 24-də doğma meydanda Liberiyanı qəbul edəcək. Yığma dörd gün sonra Monroviyanın qonağı olacaq.
saytlarin hazirlanmasi